Avro-2020-nin B qrupunda Finlandiya ilə matçda huşunu itirən Danimarka millisinin futbolçusu Kristian Eriksen təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Offsideplus.az xəbər verir ki, təcili yardıma aparılarkən 29 yaşlı hücumameyilli yarımmüdafiəçi əlini başına qoyub. Bununla bağlı şəkil də yayılıb.
Qeyd edək ki, Eriksen huşunu itirdiyi üçün görüş təxirə salınıb. Matçda hesab açılmayıb - 0:0.