Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Uels Futbol Assosiasiyasının prezidenti Kieran O'Connorla görüşüb.
Offsideplus.az xəbər verir ki, Məmmədov Avro-2020-də iştirak etmək üçün Bakıya gələn Uels milli komandasını və nümayəndə heyətini salamlayıb və uğurlar arzulayıb.
K.O'Connor səmimi görüşə və xoş arzulara görə minnətdarlığını bildirib, təşkilati işlərdən razılığını ifadə edib.