Sabah Sankt-Peterburqda Rusiya - Belçika qarşılaşması baş tutacaq.

Offsideplus.az xəbər verir ki, belçikalılar meydan sahibi ilə duelə ciddi itkilərlə çıxacaq. "Nieuwsblad"ın verdiyi məlumata görə, Çempionlar Liqasının final görüşündə zədələnən "Siti"li Kevin de Brüyne Rusiyaya aparılmayıb. 

Eden Hazard isə start heyətində yer almayacaq. Səbəb "Real"ın yarımmüdafiəçinin meydana çıxmağa tam hazır olmamasıdır. Bu barədə jurnalist Serxio Kirante "tvitter" hesabında yazıb.

Qeyd edək ki, Rusiya ilə Belçika arasındakı oyun sabah 23.00-da start götürəcək.