Ötən il təxirə salınan futbol üzrə Avropa çempionatı bu gün start götürəcək.
Offsideplus.az xəbər verir ki, mötəbər yarışın açılış oyunu İtaliya və Türkiyə yığmaları arasında baş tutacaq. Romanın "Olimpika" stadionunda keçiriləcək qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.
Avropa çempionatı
A qrupu, I tur
23:00. İtaliya - Türkiyə
Hakimlər: Denni Makkeli, Hessel Stiqstra, Yan de Vris (Niderland)
Dördüncü hakim: Stefani Frappar (Fransa)
Roma, "Olimpiko" stadionu.