AVRO-2020 oyunlarını Bakıda keçirəcək Türkiyə, Uels İsveçrə milli komandalarının proqramı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, dünən Bakıya çatan Uels yığması "Hilton" otelində, İsveçrə millisi isə  "Bilgah Beach Hotel"də məskunlaşıb. Britaniya təmsilçisi məşqlərini Tofiq Bəhramov adına Respublika Stadionunda, digəri isə "Dalğa Arena"da keçəcək.

iyunun 12-də Bakıya gələcək Türkiyə isə "Fairmont Bakü Flame Towers"də qalacaq, məşqlərini "Bakcell Arena"da gerçəkləşdirəcək.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək (Report).