Polşa millisi ciddi itki ilə üzləşib.
Offsideplus.az Polşa Futbol İttifaqının rəsmi saytına istinadla xəbər verir ki, Arkadiuş Milik AVRO-2020-ni buraxacaq. Buna səbəb aldığı zədədir. Belə ki, məşqçilər heyəti yığmanın düşərgəsində olduğu müddətdə ayağında ağrılar hiss edən 27 yaşlı futbolçuya görə riskə getmək istəməyib. Belədə Milik düşərgəni tərk edib. Onun yerinə başqa futbolçunun dəvət olunmayacağı diqqətə çatdırılıb.
Qeyd edək ki, Leverkuzen "Bayer"i, "Ayaks" və "Napoli"dən tanıdığımız hücumçu 2020-21 mövsümünün ikinci yarısını "Marsel"də keçirib ki, 16 matçda 10 qol vurub.