AVRO-2020-nin Bakıda keçiriləcək oyunları üçün azarkeş sayı artırıla bilər.

Offsideplus.az xəbər vevrir ki, UEFA-nın İcraiyyə Komitəsinin üzvü Sərvət Yardımcı bu barədə Türkiyə mətbuatına açıqlama verib: “İki oyunumuzu Azərbaycanda keçirəcəyik. Onlar stadionun 50 faizinin dolacağını təsdiqlədilər. Bu, 75 faizə qədər də arta bilər. Evimizdə oynayacağıq. Bu səbəbdən yaxşı olardı ki, matçlarımızda tribunaların 75 faizi dolsun. Bilirik ki, bütün stadion bizi dəstəkləyəcək. Orada çox uğurlu çıxış edəcəyimizə inanırıq”.

Türkiyə millisi iyunun 16-da Uelslə, 20-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq. Eləcə də daha 1 qrup matçı və  1/4 final mərhələsinin 1 oyunu bu arenada keçiriləcək.

Qeyd edək ki, Bakı Avropa çempionatının oyunlarında stadiona arenanın ümumi avarkeş tutumunun 50 faizi dərəcəsində futbolsevərlərin buraxılacağını bildirib.