Avro-2020-nin Bakıda baş tutacaq 4 matçını Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeşin arenada canlı izləyə biləcəyini xəbər vermişdik.

İndiki məqamda futbolsevərləri narahat edən növbəti sual biletlərin hansı tarixdə satışa çıxarılacağıdır.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ARB24-ə açıqlama verib. Qurum rəsmisi biletlərin mayın 15-dən satışa çıxarılacağını bildirib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı oyunlar iyunun 12, 16, 20-də və iyulun 4-də keçiriləcək.