Millimizin DÇ-2022-nin seçmə mərhələsində rəqibi olan Portuqaliya yığması yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq.

Offsideplus.az xəbər verir ki, Fernando Santosun yetirmələri iyunda iki sınaq matçı keçirəcək. İlk oyun iyunun 4-də Sevilyada İspaniyayla olacaq. Bundan 5 gün sonra isə Portuqaliyada İsraillə qarşılaşacaqlar.

Qeyd edək ki, Portuqaliya DÇ-2022-nin seçmə mərhələsində ilk oyununu martın 24-də məhz millimizə qarşı keçirəcək.