21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsinin İsveçrə ilə oyunu (1:2) öncəsi üzləşdikləri problemlər barədə danışıb.

Offsideplus.az xəbər verir ki, xorvatiyalı mütəxəssis "Report"a açıqlamasında infeksiyaya yoluxmuş oyunçuların adlarını və sayını açıqlamasa da, onların vəziyyətinin yaxşı olduğunu bildirib: "İsveçrə ilə matçda daha əvvəl oynamış bir çox futbolçunun xidmətindən istifadə edə bilmədim. Onların bəzilərində koronavirus testi müsbət çıxmışdı".