FIFA və UEFA "France Football" nəşrinin Azərbaycan və Ermənistan arasında baş verən hadisələrlə bağlı sorğusunu cavablandırıb. 

Offsideplus.az xəbər verir ki, qurum hazırkı vəziyyət və bunun hər iki ölkənin gələcəkdə planlaşdırılan beynəlxalq oyunlarına mümkün təsirlərinin diqqətlə izlənildiyini bildirib.

UEFA isə gələn il 4 oyunu Bakıda keçirilməsi nəzərdə tutulan AVRO-2020-nin matçlarının Azərbaycan paytaxtında olub-olmayacağı ilə bağlı suala  "Turnir təqribən 9 aydan sonra başlamalı və matçlar planlaşdırıldığı kimi davam etməlidir" deyə münasibət bildirib.