Uels yığmasının baş məşqçisi Rayan Giqqz komandasının AVRO-2020-nin seçmə mərhələsindəki çıxışına növbəti dəfə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, 47 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında futbolçularını tərifləyib: “Futbolçularım hər şeyə layiqdirlər. Çünki seçmə mərhələdə üzərlərinə düşəni yerinə yetirdilər. Yüksək səviyyədə futbol oynamaq lazım olduqda bunu etdilər – səfərdə Azərbaycan və Slovakiyaya qarşı. Fiziki cəhətdən güclənmək və uğurlu nəticə qazanmaq lazım olduqda bunu bacardılar – evdə Xorvatiya və Macarıstana qarşı. Onlar bunu edəcəklərinə inandılar, nəticədə reallaşdırdılar”.
Qeyd edək ki, Azərbaycan, Xorvatiya, Slovakiya və Macarıstanla eyni qrupda çıxış edən Uels ikinci yeri tutaraq AVRO-2020-nin final mərhələsinə adlayıb. Britaniyalılar millimizə Kardiffdə 2:1, Bakıda isə 2:0 hesablı qalib gəlib.