İtaliya yığmasının baş məşqçisi Roberto Mançini AÇ-2020 ilə bağlı hədəflərindən bəhs edib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis “Sport Mediaset”ə açıqlamasında turnirin qalibi ola biləcəklərini bildirib:


“İtaliya yığması 1968-ci ildə Avropa çempionu olub. ilk dəfədir ki, bu kuboku qazana biləcək bir komanda formalaşdırmışıq. Məncə, çempion ola biləcək gücümüz var. Çətin bir dönəmin ardından insanlarımıza milli komandanı sevdirə bildik. Bunu çox yaxşı performans və möhtəşəm nəticələrlə bacardıq. Oyunçularımız da pis olmadıqlarını, sadəcə, özlərinə inanmalı olduqlarını anladılar. AÇ-2020-yə təsnifat mərhələsində qazandığımız 10 qələbə ilə gedəcəkdik. Amma mövcud vəziyyətlə əlaqədar çempionat bir il ertələndi. Fikrimcə, bu, futbolçularımızın qarşıdakı bir ildə öz təcrübələrini daha da artırması üçün bir imkan olacaq”.

Qeyd edək ki, Avropa Çempionatı koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb.