UEFA koronavirusunun yayılması bağlı olaraq görüş keçirəcək.

Offsideplus.az xəbər verir ki, bununla əlaqədar qurum ona üzv olan ölkələrin federasiyaların rəhbərlərini, Dünya Səhiyyə Təşkilatını, Klublar Assosasiyasını və Avropa Turnirlərinin təşkilatçılarını iclasa dəvət edib. Tədbirdə epidemiyaya görə , bütün daxili çempionatların, Avrokuboklarının və AVRO-2020-nin təxirə salınması müzakirə olunacaq. 

Tədbir martın 17-si videogörüntü tərzində baş tutacaq.