Türkiyə millisi AVRO-2020 ərəfəsində daha bir futbolçusunu itirib.
Offsideplus.az xəbər verir ki, İngiltərə "Kristal Pelas"ında çıxış edən Cenk Tosun məşq vaxtı zədələnib. Onun yaşıl meydanlardan 6 ayadək kənarda qalacağı müəyyənləşib.
Daha əvvəl Yusuf Yazıcı və Merih Demiralın da uzunmüddətli zədə problemi ilə üzləşdiyi açıqlanıb. Onların da AVRO-2020-ni buraxacaqları bildirilir.
Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən,iyunun 12-sində açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Bakı Olimpiya Stadionunda təşkil olunacaq.