İtaliya A seriyasının XIX turunda "Yuventus"u qəbul edən "Roma" ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanın 31-ci dəqiqəsində ciddi xəsarət alan  yarımmüdafiəçi Nikolo Zaniolo meydanı göz yaşları içində xərəkdə tərk edib. Tibbi müayinədən keçən Zaniolonin çarpaz bağlarının qopduğu aşkarlanıb. Bu isə 20 yaşlı oyunçu üçün mövsüm başa çatması deməkdir. Zaniolo bu gün əməliyyat olunacaq.

Qeyd edək ki, "Roma" - "Yuventus" görüşü ikincilərin 2:1 hesablı qələbəsi ilə nəticələnib.