Avropa çempionatı öncəsi Uels yığmasının yoldaşlıq görüşündə qarşılaşacağı daha bir rəqib müəyyənləşib.

Offsideplus.az BBC-yə istinadən xəbər verir ki, Rayan Giqqz martın 30-da "Kardiff Siti" stadionunda ABŞ-la qarşılaşacaq. Uelslilər bundan 3 gün əvvəl eyni məkanda Avstriyanı qəbul edəcək. ABŞ isə Uels bundan əvvəl martın 26-da Eyndhovendə Hollandiya ilə üz-üzə gələcək.

Giqqz Bakı səfəri öncəsi may-iyun aylarında daha iki yoldaşlıq görüşü keçirilməsini istəyir. 

Qeyd edək ki, Uels yığması AVRO-2020-də İtaliya, Türkiyə və İsveçrə ilə A qrupunda mübarizə aparacaq. Komanda 2 matçını Bakıda keçirəcək.