"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç, Avro-2020-dən sonra Xorvatiya millisində karyerasını bitirəcəyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi AVRO-2020-nin onun üçün millidə son böyük turniri olacağını bildirib:
"Avro-2020-nin milli komanda ilə son böyük turnirim olması mümkündür. Realist olmaq lazımdır. Hər şeyin necə getdiyini görək. Nəinki mənim üçün, bütün komanda üçün nəyin daha yaxşı olacağını məşqçi ilə müzakirə edəcəyik. Mən əvvəlcədən demişəm ki, gənc oyunçulara əlimdən gələni əsirgəməyəcəyəm. Ən vacibi Xorvatiyanın uğurlu çıxışıdır, digər məsələlərlə də məşğul olacağıq. İstədiyim nə olursa olsun, əsas odur ki, komanda üçün hər şey yaxşı olsun".