Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün ATV və “A Haber” telekanallarının ortaq yayımında qonaq olub.
Offsideplus.az xəbər verir ki, Türkiyənin dövlət başçısı AVRO-2020-nin final mərhələsinin oyunlarını izləmək üçün Bakıya gələ bildirib. Romada İtaliya ilə oyunu izləməyəcəyini açıqlayan Erdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə bu barədə danışdığını qeyd edib: “Bu da qəribə işdir - İtaliya ilə başlayırıq. İtaliya öz evində oynayır. Digər iki matçımızı Bakıda keçirəcəyik. Romaya getməyə bilərəm.Digər 2 görüş Bakıda olacaq. İlham Əliyev qardaşımla da danışdım. Gözləyir. İnşallah, ora gedər, iki matçı izləyər və qrupdan çıxarıq”.
Xatırladaq ki, Türkiyə millisi AVRO-2020-nin qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə qarşılaşacaq.