Bakıda səfərdə olan futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Bakı Olimpiya Stadionunda (BOS) olub.
Offsideplus.az xəbər verir ki, 67 yaşlı mütəxəssis AVRO 2020-nin hazırlıq prosesi və stadionun vəziyyəti ilə maraqlanıb. Səfər çərçivəsində türkiyəli qonaqlar Bakı şəhərindəki stadionlara və otellərə baxış keçiriblər.
Xatırladaq ki, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.