Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş Avro-2020-nin final mərhələsi çərçivəsindəki ev oyunlarından ikisinin Bakıda keçiriləcəyinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o, Türkiyə mətbuatına açıqlamasında əvvəldən Bakıda oynamağı istədiklərini deyib:
“Xeyirli olsun. Biz də Bakını istəyirdik. Azərbaycanda öz meydanımızda oynayacağıq. Buraya gəlmək bizim üçün xüsusi önəmli idi. Qürurvericidir. İnşallah, qrupdan çıxaraq daha gözəl günlər görəcəyik”.
Qeyd edək ki, Türkiyə millisi A qrupunda İtaliya, Uels və İsveçrə yığmaları ilə mübarizə aparacaq. “Ay-ulduzlular” iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə Bakıda qarşılaşacaq.