AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla qarşılaşacaq Uels yığmasında baş məşqçi Rayan Giqqz heyəti açıqlamağa hazırlaşır.
46 yaşlı mütəxəssis daha bir gənc oyunçuya dəvət göndərmək niyyətindədir.
Belə ki, Giqqz "Liverpul"un müdafiəçisi Neko Uilyamsa yığmada debüt etmək şəraiti yaratmaq istəyir. 18 yaşlı sağ cinah müdafiəçisinin İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində "Arsenal"la matçdakı (5:5) performansı millinin çalışdırıcısının diqqətini çəkib.
Qeyd edək ki, noyabrın 16-da Bakıda millimizin qonağı olacaq Uels yığması bundan 3 gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.