Azərbaycanlı hakim Rəhim Həsənov 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələ matçına təyinat alıb.
Offsideplus.az-ın məlumatına görə, 36 yaşlı FIFA referisi 4-cü qrupda keçiriləcək Farer adaları - Danimarka oyununu idarə edəcək. Ona yan xətt hakimi qismində həmyerlisi Cəmil Quliyev və isveçli Maks Robin Vilde köməklik göstərəcək. Dördüncü hakim funksiyasını da isveçli Kaspar Şöberq yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 27-də keçiriləcək Farer adaları - Danimarka oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 4-cü qrupun bütün oyunları İsveçdə olacaq.