Bədii gimnastika üzrə “Ocaq Sport” klubunun üzvləri İtaliyada keçirilən Roma Kuboku beynəlxalq turnirində 6 qızıl medal qazanıblar.

Offsideplus.az xəbər verir ki, Mira Özel top və halqa, Fatimə Tarverdiyeva və Məryəm Baloğlanova isə top və gürzlər ilə hərəkətlərdə toplam 6 qızıl medala sahib çıxıblar.

Qeyd edək ki, yarış iyulun 14-dək davam edəcək.