Azərbaycan yığmasının üzvü Mixail Malkin Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb.

Offsideplus.az xəbər verir ki, o, Azərbaycan gimnastikası tarixində ilk dəfə tamblinq üzrə birinci yerə layiq görülüb.

Ətraflı
Qeyd edək ki, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət Azərbaycan yığması eyni növdə dünya çempionu olub.