Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turniri keçiriləcək.

Offsideplus.az xəbər verir ki, yarış sentyabrın 21-22-də baş tutacaq.

Bölgədə təşkil olunacaq ilk beynəlxalq turnir çərçivəsində Naxçıvan Olimpiya İdman Kompleksi kiçikyaşlı, yeniyetmə və gənc gimnastları qonaq edəcək.