Zöhrə Ağamirova Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi İspaniyanın Valensiya şəhərində keçirilən bədii gimnastika üzrə 40-cı dünya çempionatında fərdi proqramda çoxnövçülük üzrə təsnifat yarışlarını 12-ci pillədə başa vurub. 

İdmançımız çoxnövçülük proqramında dünya çempionatının final mərhələsinə vəsiqəni də özü üçün təmin edib.

Qeyd edək ki, bu, Paris-2024-ə gimnastika idman növü üzrə qazanılan ilk lisenziyadır.