Bədii gimnastımız Zöhrə Ağamirova Çinin Çenqdu şəhərində keçirilən 31-ci Ümumdünya Yay Universiadasında uğurlu çıxış edib.

Offsideplus.az xəbər verir ki, o, halqa ilə hərəkətlərin icrasında gümüş medal qazanıb.

Xatırladaq ki, gimnastımız 2019-cu ildə İtaliyanın Neapol şəhərində keçirilən 30-cu Yay Universiadasında 2 gümüş medal (gürzlər, çoxnövçülük) qazanmışdı.