Batut gimnastikası və tamblinq üzrə Azərbaycan millisinin üzvləri, Selcan Mahsudova (batut gimnastikası), Mixail Malkin, Tofiq Əliyev və Adil Hacızadə (tamblinq) 1 və 2 iyul tarixlərində Portuqaliyanın Santarem şəhərində keçiriləcək Dünya Kubokuna yola düşüblər.

Offsideplus.az xəbər verir ki, təmsilçilərimiz bu yarışda iştirakını başa vurduqdan sonra Portuqaliyanın Koimbra şəhərinə gedərək, 7-8 iyul tarixlərində keçiriləcək daha bir Dünya kubokunda qüvvələrini sınayacaqlar.