Bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan yığma komandası Budapeştə yollanıb.
Offsideplus.az xəbər verir ki, yığmamız “Junior Cup” (29 və 30 iyun) beynəlxalq turnirində, daha sonra isə təlim-məşq toplanışında (1-4 iyul) iştirak etmək məqsədilə Macarıstanın paytaxtı Budapeşt şəhərinə yola düşüblər.
Komanda fərdi gimnastlar Şəms Ağahüseynova, Nuray Əhmədzadə, Nəzrin Abdullayeva, qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarətdir.