Aerobika gimnastikası üzrə Azərbaycan millisinin iki üzvü Misirin Qahirə şəhərində təşkil olunan “Pharaoh's Cup” beynəlxalq turnirində medal qazanıb.

Offsideplus.az xəbər verir ki, fərdi proqramda Vladimir Dolmatov qızıl, Mədinə Mustafayeva isə bürünc mükafata sahib çıxıb.

Yeniyetmələr arasında komandanın gimnastları Dilarə Qurbanova və Sara Əlixanlı isə fərdi proqramda finala vəsiqə əldə ediblər.