Misirin Qahirə şəhərində təşkil olunan "Pharaoh's Cup" beynəlxalq turniri davam edir.

Offsideplus.az xəbər verir ki, aerobika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Vladimir Dolmatov (fərdi proqram) qızıl, Mədinə Mustafayeva (fərdi proqram) isə bürünc medal qazanıb.

Yeniyetmələr arasında komandamızın üzvləri Dilarə Qurbanova və Sara Əlixanlı fərdi proqramda finala vəsiqə əldə ediblər.