Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək paralimpiyaçı atletlərin adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, bunlar Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandansının üzvləri Elvin Astanov, Elmir Cəbrayılov, Səid Nəcəfzadə, Həmid Heydərli və Yelena Çebanudur. 

Tokio 2020 Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək atletlərimizin sayı 8-ə çatıb. Buna qədər Oluxan Musayev, Kamil Əliyev və Samir Nəbiyev Dünya çempionatında göstərdikləri nəticələrə görə iştirak hüququ qazanmışdılar.

Qeyd edək ki, bu günə qədər Milli Paralimpiya Komitəsinin idmançıları Tokio-2020 Yay Paralimpiya Oyunlarına artıq 18 lisenziya əldə ediblər. Onlardan 8 – atletika, 4 – parataekvando, 3 – üzgüçülük, 2 – güllə atıcılığı və 1 – pauerliftinq növündəndir.