İngiltərə Premyer Liqasının rəhbərliyi sosial şəbəkələrdə futbolçuların, məşqçilərin, onların ailə üzvlərinin təhqir olunmasının qarşısını almaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, təhqirlərin qarşısını almaq üçün sistem quraşdırılacaq.
Bu sistem vasitəsilə sosial şəbəkələrdəki təhqirlərlə bağlı xəbərdarlıq gələcək.
Hər bir xəbərdarlıq araşdırılacaq, müvafiq sosial şəbəkənin diqqətinə çatdırılacaq və lazım gələrsə, hüquqi proses başladılacaq.