22 iyul - Milli Mətbuat Günü münasibətilə Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı, “Sirab” və “Rahat” mağazalar şəbəkəsinin dəstəyilə media nümayəndələri arasında şahmat turniri keçirilib. 

Offsideplus.az xəbər verir ki, Respublika Şahmat Mərkəzində təşkil olunan jurnalistlərin şahmat yarışında 21 jurnalist bacarığını göstərib.

Reqlamentə əsasən, A və B qrupları üzrə keçirilən yarışda hər oyuna 5 dəqiqə vaxt verilməklə hər gedişə 5 saniyə əlavə olunub.

Hər qrup üzrə ilk üç yeri tutan iştirakçılara pul mükafatı və qiymətli hədiyyələr verilib.

A qrupu

1. Əlixan Babayev

2. Siyavuş Əliyev

3. İlkin Vidadioğlu

B qrupu

1. İlkin Xəlilov

2. Kamran Hacı

3. Sərxan Musalı

Bağlanış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Aqşin Fərəcov, Respublika Şahmat Mərkəzinin direktoru Elşən Məmmədov və idman jurnalisti Sənan Şəfizadə Milli Mətbuatın 150 illiyi münasibətilə media əməkdaşlarını təbrik edib, onlara işlərində uğurlar arzulayıblar.

Yarışın keçirilməsində göstərdiyi dəstəyə görə Respublika Şahmat Mərkəzinin direktoru Elşən Məmmədova təşəkkürnamə təqdim olunub. 

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası hər il ənənəvi olaraq jurnalistlər arasında şahmat yarışları təşkil edir. Sözügedən turnir sayca yeddinci yarış olub.