Dünyanın ən reytinqli şahmatçısı Maqnus Karlsen "Norway Chess 2025" turnirinin qalibi olub. 

Offsideplus.az xəbər verir ki, 36 yaşlı şahmat ustası turniri 16 xalla lider kimi başa vurub. Norveçli qrossmeyster karyerasında 7-ci dəfə klassik formatlı yarışda çempion adına yiyələnib.

Qadınların yarışında isə ukraynalı Anna Muzıçuk 16,5 xal yığaraq, çempion olub.

Qeyd edək ki, "Norway Chess" şahmat turniri 2013-cü ildən bəri keçirilir.