Bu gün Azərbaycan Şahmat Federasiyasının (AŞF) Hesabat-Seçki Konfransı keçirilib.
Offsideplus.az xəbər verir ki, federasiya prezidenti Mahir Məmmədov 2024-cü illə bağlı hesabat verib.
Daha sonra seçkilər baş tutub.
Mahir Məmmədov növbəti 4 il müddətinə AŞF-nin prezidenti seçilib
O, eyni zamanda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti vəzifəsini icra edir.
Faiq Həsənov federasiyanın birinci vitse-prezidenti, Yaqub Hüseynov və Bəxtiyar Məmmədov isə vitse-prezident seçiliblər.