Budapeştdə keçirilən 45-ci Şahmat Olimpiadası davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün X turun oyunları keçirilib.
Kişilərdən ibarət millimiz Monqolustan ilə qarşılaşıb və 3:1 hesabla qalib gəlib.
Qadın zəka sahiblərimiz isə Kuba ilə üz-üzə gəlib. Xanımlarımız kubalılarla görüşdən 2.5-1.5 hesablı üstünlüklə ayrılıb.
Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.