Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
Offsideplus.az xəbər verir ki, VI turda Azərbaycanın kişilərdən ibarət yığması Litva ilə qadınlardan ibarət millimiz isə Vyetnamla qarşılaşacaq.
Kişilərdən ibarət komandamız buna qədər İordaniya, Finlandiya, Moldova və Monteneqroya qalib gəlib, Hindistana uduzub. Zəka sahiblərimiz 8 xalla 9-cu sırada qərarlaşıblar.
Qadınlardan ibarət yığmamız isə Nikaraqua, Avstraliya və Sloveniyaya qalib gəlib, Argentina və Ukrayna ilə heç-heçə edib. 8 xala malik qadın millimiz 11-ci sırada yer alıb.
Qeyd edək ki, qarşılaşma üçün heyətlər hələ ki, müəyyənləşməyib.