Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini elan edib.
Offsideplus.az xəbər verir ki, ilk "10-luq"da Azərbaycanının bir təmsilçisi yer alıb. Teymur Rəcəbov 2747 xalla 10-cu pilləyə yüksəlib. Şəhriyar Məmmədyarov isə əvvəlki sıralamaya nəzərən 15-ci pillədə (2738) qalıb.
Qədir Hüseynov (2661) 83-cü pillədə, Rauf Məmmədov (2646) 100-cü yerdə qərarlaşıb.
Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen (2852) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2795) 2-ci, çinli Liren Dinq (2788) 3-cüdür.
Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2472) 22-ci, Ülviyyə Fətəliyeva (2427) 42-ci, Gövhər Beydullayeva (2388) 61-ci, Xanım Balacayeva (2372) 70-ci, Gülnar Məmmədova isə (2358) 88-ci pillədədirlər.