Hindistanın Kəlküttə şəhərində təşkil oedilən “Tata Steel İndia” rapid turniri davam edir.
Offsideplus.az xəbər verir ki, təmsilçimiz Şəhriyar Məmmədyarov yarışda növbəti görüşlərini keçirib. 37 yaşlı qrossmeyster ikinci yarış günündə ABŞ-ı təmsil edən Hikaru Nakamura, iranlı Parham Maqsudlu və hindistanlı Arcun Eriqaisi ilə üz-üzə gəlib. O, 4-cü turda Nakamuraya və 6-cı turda Eriqaisiyə uduzan Məmmədyarov 5-ci turda Maqsudlu ilə dueldən sülhlə ayrılıb.
Şəhriyar əvvəlki 3 görüşündə qələbə qazanıb və hazırda 3,5 xalla 2-3-cü yerləri bölüşdürür.
Qeyd edək ki, qalibin 10 min ABŞ dolları qazanacağı turnirə dekabrın 1-də yekun vurulacaq.