"Meltwater Champions Chess Tour" seriyasının sonuncu mərhələsi davam edir.
Offsideplus.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarışda növbəti görüşünü keçirib. 37 yaşlı qrossmeyster final raundunun V turunda ABŞ-ı təmsil edən Uesli So ilə üz-üzə gəlib.Məmmədyarov rəqibinə 0:3 hesabı ilə uduzub. Təcrübəli şahmatçı növbəti turda niderlandlı Aniş Giri ilə görüşəcək. O, hazırda 3 xalla sonuncu - səkkisizinci sırada qərarlaşıb.
Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.