"Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da iştirak edəcək.

Offsideplus.az xəbər verir ki, 37 yaşlı qrossmeyster 14 - 20 noyabrda keçiriləcək turnirə qatılacaq səkkiz iştirakçıdan biridir. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi “Aimchess Rapid”də ikinci yeri tutub.