Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada keçirilən beynəlxalq şahmat turniri sona çatıb.
Offsideplus.az xəbər verir ki, yarışın sonuncu - dördüncü günündə iştirakçılar blits üzrə mübarizə aparıblar.
Doqquz turdan ibarət rapid mərhələsindən sonra kişilərin yarışında lider olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov hər turu iki oyundan ibarət blits bölümündə də üstünlüyünü qoruyaraq toplam 26 xalla turnirin qalibi olub.
Qadınların yarışında isə birinci yeri 24 xal hasil edən Gürcüstan təmsilçisi Meri Arabidze tutub.
Azərbaycanın qadın şahmatçıları arasında ən yaxşı göstəriciyə Gülnar Məmmədova imza atıb. O, 19 xalla 4-cü olub.
Qeyd edək ki, "Shusha Chess 2022"nin mükafat fondu 150 min manat (88 200 ABŞ dolları) təşkil edib.