Sent-Luisdə (ABŞ) keçirilən “Champions Showdown-2022” yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, turnirdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da iştirak edib. İştirakçılar arasında Uesli So, Leynier Dominqes, Hikaru Nakamura, Levon Aronyan, Fabiano Karuana (hamısı - ABŞ), Əlireza Firuzja (Fransa), Petr Svidler, Yan Nepomniaxçi və Harri Kasparov (hamısı FİDE bayrağı altında) olub. 

Məmmədyarov son 3 turda 6 xal toplayaraq üçüncü yeri tutub.

Məmmədyarov - Dominqes 1:0

Svidler - Məmmədyarov 1:0

Məmmədyarov - Aronyan 0,5:0,5

Qeyd edək ki, Firuzja 1-ci, Karuana isə 2-ci yerdədir (hərəyə 6,5 xal). Mükafat fondu 150 min ABŞ dolları olan yarışda qalib 37 500 dollar qazanacaq. Şəhriyar Məmmədyarov isə 17 500 ABŞ dolları əldə edib.