Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə təşkil olunan "Grand Chess Tour" seriyasının üçüncü mərhələsinə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, turnirin sonuncu - beşinci günündə blits üzrə daha 9 tur oynanılıb
Məmmədyarov İvan Sariç (Xorvatiya) və Veselin Topalovu (Bolqarıstan) yenib. Leynyer Dominqes (ABŞ), Maqnus Karlsen (Norveç) və Yorden Van Foreestlə (Niderland) "sülh bağlayan" 37 yaşlı qrossmeysterimiz Uesli So (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa), Yan Nepomnyaşi (FIDE) və Alireza Firuzca (Fransa) ilə duellərdə məğlubiyyətlə üzləşib.
Beləliklə, 15 xal toplayan Şəhriyar turniri 7-ci sırada başa vurub. Qalib 22,5 xalla Karlsen olub.