Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madrid şəhərində təşkil olunan İddiaçılar Turnirində bu gün son görüşünü keçirib.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı qrossmeyster XIV turda qara fiqurlarla Macarıstan şahmatçısı Rixard Rapport ilə üz-üzə gəlib. Rəcəbov ilk dövrədə heç-heçə etdiyi rəqibini bu dəfə matçın 33-cü gedişində məğlubiyyətə uğradıb.

Beləliklə, xalını 7,5-ə çatdıran Teymur hələlik turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. .

Qeyd edək ki, son turun nəticələrindən asılı olmayaraq yarışın qalibi adını FIDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi qazanıb. 32 yaşlı qrossmeyster 13 turdan doqquz xal toplayıb və ən yaxın izləyicisini 1,5 xal qabaqlayıb. O, bununla, ardıcıl ikinci dəfə norveçli Maqnus Karlsenlə dünya şahmat tacı uğrunda görüşə vəsiqə əldə edib.