İspaniyanın paytaxtı Madrid şəhərində təşkil olunan şahmat üzrə İddiaçılar Turnirində 7-ci tur matçları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov qara fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşıb. Görüş 56-cı gedişdə Karuananın qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa), Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə heç-heçə edib, Hikaru Nakamuraya (ABŞ) isə uduzub. İlk dövrədən sonra 35 yaşlı qrossmeyster 5 heç-heçə ilə 2,5 xal yığıb.