İspaniyanın paytaxtı Madrid şəhərində Azərbaycan şahmatçısı Teymur Rəcəbovun iştirakı ilə İddiaçılar Turniri start götürüb.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı qrossmeysterimiz birinci turda Fransanı təmsil edən Alireza Firuzca ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov 71-ci gedişdə rəqibi ilə heç-heçəyə razılaşıb.

Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.

İddiaçılar Turniri
I tur

Teymur Rəcəbov (Azərbaycan)- Alireza Firuzca (Fransa) 0,5:0,5
Yan-Kşiştof Duda (Polşa) - Rixard Rapport (Macarıstan) 0,5;0,5
Dinq Liren (Çin) - Yan Nepomnyaşi (FIDE) 0:1
Fabiano Karuana (ABŞ) - Hikaru Nakamura (ABŞ) 1:0