Rumıniyanın paytaxtı Buxarest şəhərində "Grand Chess Tour" seriyasının birinci mərhələsi "Superbet Chess Classic" turniri davam edir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün sonuncu görüşündə - 9-cu turda ABŞ təmsilçisi Levon Aronyanla heç-heçə edib. 37 taşlı qrossmeyster xallarının sayını 3,5-ə çatdırıb. Sonuncu turdakı digər qarşılaşmalar davam edir.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır. Ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.